Qaynar Pullar

bankların, hüquqi şəxslərin və fərdi əmanətçilərin öz dəyərini qorumaq və ya alver mədaxili əldə etmək üçün kor-koranə bir ölkədən başqasına keçən, müvəqqəti sərbəst pul vəsaitləridir.
“Qaymaq Yığmaq”
Qaytarılan Gömrük Rüsumu
OBASTAN VİKİ
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Halal pullar (film, 2008)
Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. Filmin çəkilişləri 3 aya yaxın davam edib. Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev 2008-ci ilin Azərbaycan filmləri Tahirə.
Qaynar-i Ülya (Xoy)
Qaynar-i Ülya (fars. قينرعليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Vaşinqton-Moskva qaynar xətti
Vaşinqton-Moskva "qaynar xətti" — ABŞ prezidenti ilə SSRİ rəhbərliyi arasında birbaşa əlaqə xətti. Hal-hazırda birbaşa şifrələnmiş rabitə sistemi adlanır, əvvəllər: birbaşa rabitə xətti, təsnif edilmiş telefon rabitəsi. O, 1963-cü ildə Karib böhranından sonra Soyuq müharibə dövründə rəqabət aparan o dövrün iki potensial təhlükəli supergücü olan SSRİ və ABŞ arasında təcili əlaqə yaratmaq üçün yaradılmışdır. Karib böhranı zamanı N. Xruşşovun C.Kennediyə göndərdiyi 3000 sözdən ibarət məktubunu amerikalılar 12 saata deşifrə etmişdilər. Buna görə də, 1963-cü il iyunun 20-də Cenevrədə fövqəldövlətlərin liderləri arasında birbaşa əlaqə xəttinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalandı.